
ROKETSAN şirkəti tərəfindən inkişaf etdirilən İHA-122 səsdən sürətli ballistik raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.
“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, sınaq zamanı İHA-122 raketi sabit dəniz hədəfini uğurla məhv edib.
İHA-122, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli raketdir. O, şirkət istehsalı olan “yer-yer” tipli TRG-122 raketinin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-122 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.





