İki qardaş ölkənin hərbi rabitə sistemində yeni mərhələ başlayır

İki qardaş ölkənin hərbi rabitə sistemində yeni mərhələ başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvə görüşündən dərhal sonra böyük heyətlə Milli Qurtuluş Gününü qeyd edən Azərbaycana səfər edib. Ərdoğanın Azərbaycana bu səfəri haqqında əminliklə deyə bilərik ki, iki qardaş ölkənin münasibətlərində yeni bir mərhələnin təməl daşları atılır.

“Poliqon”un məlumatına görə, Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, MİT rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi başqanı İsmail Dəmir, ASELSAN İdarə Heyətinin rəhbəri Haluk Görgün və digərləri səfər protokolunda yer alıblar. Bu da iki ölkə arasında güc müstəvisində önəmli razılaşmaların mövcudluğundan, ələqələrin daha da möhkəmlənməsi üçün mühüm sənədlərə imzaların atılacağından xəbər verir.

Bölgə üçün çox önəmli və hərbi-siyasi müvazinət daşlarını öz yerinə qoyacaq bir günə şahidlik edirik. Təkcə iki qardaş ölkənin deyil, həm də bölgənin gələcək yönünü şəkilləndirən anlaşmalar reallığa çevrilir. Bu səfərin siyasi və iqtisadi yönlərinin dəyərini azaltmadan hərbi perspektivlər baxımından önəmini xüsusi ilə vurğulamağa dəyər. Bu anlaşmaların ən kritiklərindən biri də ASELSAN-ın Azərbaycana təklif etdiyi rabitə sistemlərinin istehsalı mövzusudur.

Vətən müharibəsində Türkiyənin təmsilçilərindən biri kimi Azərbaycanın yanında olan ASELSAN qələbənin əldə edilməsində özünəməxsus rol oynadı. Azərbaycan silahlı qüvvələrini çeşidli rabitə vasitələri, radio-elektron müşahidə və kəşfiyyat vasitələri, optik cihazlar, müxtəlif təyinatlı texnika ilə təmin edən ASELSAN bu gün imzalanması gözlənilən razılaşma ilə ölkəmizi bir addım daha irəli götürməyi hədəfləyir. Görsənən odur ki, ASELSAN-ın texnologi araşdırmalarının nəticələrindən yararlanıb, illərin sınağından çıxmış çeşidli radio-rabitə vasitələri istehsal etmək Azərbaycan silahlı qüvvələrininin gücünə güc qatacaq. Bu razılaşmada Azərbaycana özəl kripto (şifrələmə) inkişaf strategiyası da yer almaqdadır.

Anar Şuşalı

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş