İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub – YENİLƏNİB

İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub – YENİLƏNİB

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

“Poliqon” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılacaq.

Prezident İlham Əliyev Kəlbəcər Zəfər və İşğal muzeylərini layihələndirən “ACN” şirkətinin nümayəndələri ilə görüşüb.

Sonra dövlət başçısı İşğal və Zəfər muzeylərinin layihəsini əks etdirən videoçarxa baxıb.

Prezident İlham Əliyevə Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verilib. Qeyd olunub ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq.

k1 k2

Poliqon.az

CATEGORIES
TAGS