HavaXəbərlər

İlk H145M yüngül döyüş helikopteri sifarişçiyə çatdırılıb

“Airbus” şirkətinin “Airbus Helicopters” bölməsi Belçika Silahlı Qüvvələrinə ilk H145M yüngül döyüş helikopterini təhvil verib.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, bu addım ölkənin müdafiə və təhlükəsizlik imkanlarının modernləşdirilməsi istiqamətində mühüm mərhələ hesab olunur.

Helikopter 2024-cü ildə NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) vasitəsilə imzalanmış müqavilə çərçivəsində Belçika Silahlı Qüvvələri və Federal Polisi üçün sifariş olunub. Həmçinin Belçika sonradan daha üç ədəd H145M helikopteri siafriş edib. Bununla da Belçika tərəfindən sifariş edilən H145M-lərin ümumi sayı 20-yə çatıb.

Back to top button