İlk TPY-4 radarı ABŞ HHQ-yə təhvil verilib

İlk TPY-4 radarı ABŞ HHQ-yə təhvil verilib

“Lockheed Martin” şirkəti ilkin faza sınaqlarını uğurla tamamlayan ilk TPY-4 radarını ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu, “Three-Dimensional Expeditionary Long-Range Radar” (3DELRR) proqramı üçün mühüm mərhələdir.

Bildirilib ki, TPY-4-ün çatdırılması hökumət sınaqlarının başlayacağını göstərir.

Radar sistemi ötürmə/qəbuletmə elementlərinin hər birində tam rəqəmsal işləyir və misilsiz proqram təminatlı sensor arxitekturasına malikdir. Bu isə radarın yeni yaranan təhdidlərə və tapşırıqlara sürətlə uyğunlaşmasını təmin edir.

TPY-4 daha kiçik, aşkar olunması çətin olan və növbəti nəsil təhdidləri aşkarlaya bilir. Radar, maneəyaratma (jamming) şəraitində hədəfləri görə bilir və raketlərə qarşı uzun mənzilli erkən xəbərdarlıq imkanı təqdim edərək yeni təhdidlərə daha sürətli cavab verilməsini mümkün edir.

Radar həm sabit, həm də yüksək mobillikli variantlarda mövcuddur və C-130, C-17 hərbi nəqliyyat təyyarələri, yük maşını, dəmiryolu və ya helikopter vasitəsilə daşına bilir.

CATEGORIES