İndoneziya Türkiyədən hərbi təyinatlı məhsullar alır

İndoneziya Türkiyədən hərbi təyinatlı məhsullar alır

Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında “Indo Defense Expo & Forum” sərgisində iştirak edən Türkiyə şirkətləri bir sıra müqavilələr imzalayıb.

“Poliqon” xbəbər verir ki, bununla bağlı SSB başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” hesabında paylaşım edib.

Bildirib ki, Türkiyə şirkətləri ilə İndoneziya Müdafiə Nazirliyi arasında imzalanan müqaviləyə əsasən, bu ölkənin Silahlı Qüvvələrinə hava hücumundan müdafiə (HHM) kompleksləri, döyüş idarəetmə sistemləri (SYS), nəzarət katerləri və başqa müdafiə təyinatlı məhsullar ixrac olunacaq.

Həmçinin İndoneziya və Türkiyə həm zirehli nəqliyyat vasitələrinin istehsalı, həm də kosmik-aviasiya sahəsində birgə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, “Indo Defense Expo & Forum” sərgisi 2-5 noyabr 2022-ci il tarixləri arasında İndoneziyanın paytaxtı Cakarta şəhərinin Kemayoran bölgəsində keçirilir.

Poliqon.az

CATEGORIES