“İndra” şirkətindən yeni təhlükəsizlik layihəsi

Avropanın qabaqcıl texnologiya şirkətlərindən olan İspaniyanın “İndra” şirkəti BMT Qaçqınlar üzrə Ali Komissarlığının layihəsi çərçivəsində qaçqın düşərgələri üçün yeni təhlükəsizlik layihəsi hazırlayıb. Yeni həll qaçqın düşərgələrindən əlavə elektrik stansiyaları, anbarlar və nüvə stansiyalarında da tətbiq oluna biləcək. Layihə qaçqın düşərgəsi kimi məskənlərin təhlükəsizlik ehtiyaclarını avtomatik və effektiv şəkildə qarşılayacaq, qulluq xərclərini aşağı salacaq.

“İndra”nın bu layihəəsi radar sistemlərindən, akustik vektor sensorlardan və UGS-lərdən əldə edilən məlumatları tək bir platformada toplayır. Populyasiyanın sıx olduğu mühitlərdəki səhv həyəcanları azaltmaq məqsədi ilə formul məlumatları əməliyyata götürəcək, sistem müəyyən olunan riskləri qiymətləndirəcək və davranışlara əsasən analizlər vasitəsilə təhlükə meydana gətirə biləcək vəziyyətləri əvvəldən təyin edəcək. “Basilys” adlı bu layihə həm də fiziki baryer ehtiyacını azaldacaq.

Avropa Birliyi proqramı çərçivəsində başladılacaq və iki ildə tamamlanacaq proyektin büdcəsi 3 milyon Avrodur.

Qeyd edək ki, “İndra” təhlükəsizlik həllərinin dizaynı və tətbiqində geniş təcrübəyə malik, infrastruktur obyektlərinin qorunması sahəsində ixtisaslaşıb. Şirkətin gəlirləri 2010-cu ildə 2 557 milyon Avroya çatıb. Hazırda “İndra”nın 35 min işçisi və 110-dan çox ölkədə müştəriləri var.

KATEQORIYA: