İran ADEX-2022-də milli pavilyonla çıxış edəcək

İran ADEX-2022-də milli pavilyonla çıxış edəcək

İran Bakıda 6-8 sentyabr tarixlərində keçiriləcək 4-cü ADEX Beynəlxalq Müdafiə Sərgisində milli pavilyonla çıxış edəcək.

“Poliqon”un məlumatına görə, İran ADEX-2022 sərgisində 6 təşkilat və müəssisə – “Aviasiya Sənayesi ORG”, “İran Elektronika Sənayesi”, “Dəniz Sənayesi ORG”, “Milli Coğrafi Təşkilat”, “İran Müdafiə Nazirliyi İxrac Mərkəzi” (Mindex) və “Müdafiə Sənayesi İstehsalçılar Birliyi” (SASAD) təşkilatı ilə təmsil olunacaq.

Müdafiə Nazirliyinin tabeliyində İxrac Mərkəzi olaraq fəaliyyət göstərən “Mindex” İran müdafiə sənayesinin istehsalı olunan məhsulların xarici dövlətlərə ixrac edilməsində əsas rol oynayır.

Mərkəzin açıqladığı məlumatlara əsasən, “Mindex” İranın müdafiə sənayesi təşkilatlarının bir neçə çeşiddə istehsal etdiyi məhsullarla 40-a yaxın ölkə arasında davam edən işini davamlı olaraq genişləndirir.

“Mindex” fəaliyyət sahələri: təyyarə və aviasiya sistemləri; döyüş helikopterləri, döyüş təyyarələri, hava gəmiləri və aerostatlar; hava gəmiləri üçün mühərriklər, avadanlıq və komplektləşdiricilər; aviasiya texnikasının təmiri və modernləşdirilməsi; avionika sistem və vasitələri; aviasiya üçün texniki xidmət vasitələri; dəniz gəmiləri və hərbi dəniz sistemləri; sualtı texniki avadanlıqlar və dalğıc texnikası; gəmilərin layihələndirilməsi və modernləşdirilməsi; mina əleyhinə gəmilər; gəminin elektrik qurğuları; zirehli döyüş nəqliyyat vasitələri; piyadaların döyüş maşınları; zirehli transportyorlar; yüngül və ağır texnikanın zirehləndirilməsi; özüyeriyən artilleriya qurğuları (ÖAQ); tanklar; şinlər; radioelektron sistemlər, C4ISR; məlumatları şifrələmə blokları; coğrafi İnformasiya sistemləri (GIS); Komanda İnformasiya Mərkəzləri; radiolokasiya sistemləri; informasiya təhlükəsizliyi üçün həll variantları; hava, yer və dəniz radiolokasiya müşahidə sistemləri; radioelektron mübarizə üzrə sistem və vasitələr; mobil əlaqə və radiorabitə əleyhinə əngəlləmə (maneə) sistemləri; özünüidarəetmə sistemləridir.

Bundan başqa, “Mindex” mərkəzinin fəaliyyət sahələrini enerji sistemləri: batareyalar, akkumulyatorlar; optik-elektron avadanlıq və sistemlər; müşahidə kameraları; optik-elektron, termal görüntü və lazer sistemləri üçün komplektləşdiricilər; lazerli məsafəölçənlər (LRF); optik nişangahlar; gündüz və gecə vaxtı görmə cihazları; hərbi texnika üçün müşahidə cihazları; termal görüntü cihazları və təsvir gücləndiricilərici daxildir.

Habelə pilotsuz sistemlər: çoxməqsədli PUA-lar, kəşfiyyat PUA-ları, nəqliyyat PUA-ları; Hərbi geyim və ləvazimatlar: hərbi geyim atributları (medallar, poqonlar, kokardalar, şevronlar); döyüş dəbilqələri; gülləkeçirməz jiletlər; hərbi ayaqqabılar; hərbi bel çantaları, planşetlər, çantalar; kamuflyaj formaları; dalğıc avadanlıq və geyimləri; çadırlar; zireh istehsalı; göz üçün qoruyucu vasitələr; termal alt geyimlərinin ixracı əhatə edir.

Mərkəzin ixrac etdiyi silah və sursata: aviasiya bombaları və raketlər; pulemyotlar və hücum tüfəngləri; minaatanlar və qumbaraatanlar üçün mərmilər; özüyeriyən artilleriya qurğusunun mərmiləri; tank mərmiləri; qumbaraatanlar; zzenit-raket sistemləri (ZRS); plastik və dəri qoburlar; ağır pulemyotlar; minaatanlar; patronlar; portativ zenit-raket sistemləri (PZRS); tapançalar; avtomatlar; barıt; tank əleyhinə raket sistemləri (TƏRS); yaylım atəşli reaktiv sistemləri (YARS); YARS üçün reaktiv mərmilər; əl qumbaraları; yüngül pulemyotlar; siqnal, səs və işıqlandırma  sursatları; hava hücumundan müdafiə sistemləri; raket hücumundan müdafiə sistemləri; snayper tüfəngləri daxildir.

“Mindex”in açıqladığı məlumatlarda o da qeyd olunub ki, mərkəz tərəfindən həmçinin simulyatorlar və təlim sistemləri: poliqon avadanlığı, atıcı silah simulyatorları, dəniz, quru və hərbi-hava texnikası simulyatorları; logistika; tibbi ləvazimatlar; mühəndislik sistem və qurğuları; avtosisternlər; mühəndislik texnikası; enerji mənbələri, generatorlar; komanda maşınları; dərman preparatları dəstləri; diqqəti yayındıran yalançı hədəflər ixrac olunur. Habelə, səyyar hərbi səhra hospitalları; çadırlar / sığınacaqlar; səhra mətbəxləri; radiasiya, kimyəvi və bioloji müdafiə (RKB); əhalini xəbərdaretmə vasitələri; silah istehsalı üçün avadanlıqlar; hərbi təşkilatlar; ixracın təşviqi ilə məşğul olan müəssisələr; hərbi laboratoriyalar; silahların utilizasiyası üzrə vasitə və texnologiyalar.

Poliqon.az

CATEGORIES
TAGS