QuruXəbərlər

İran bir neçə həftə ərzində Çindən daşınan zenit-raket kompleksləri əldə edəcək

İran ABŞ ilə müharibə fonunda hava hücumundan müdafiə imkanlarını bərpa etmək məqsədilə yaxın bir neçə həftə ərzində Çində istehsal olunmuş daşınan zenit-raket komplekslərinin (DZRK) ilk partiyasını qəbul edəcək.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, dəyəri 60-70 milyon ABŞ dolları olan müqavilə çərçivəsində İran 300-400 ədəd Çin istehsalı QW-12 və FN-16 tipli daşınan zenit-raket kompleksləri əldə edəcək.

Bildiirlib ki, bu, Tehranın ABŞ və İsraillə müharibənin başlamasından sonra qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən iri addımlardan biri hesab olunur.

Müqavilə Honkonqda yerləşən və İran tərəfi ilə Çin təchizatçısı arasında vasitəçi kimi çıxış edən” Zhongqing Baoshang International Investment” şirkəti ilə imzalanıb.

Back to top button