
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi gəmisindən uzaqmənzilli ballistik raket ilə atış sınağı həyata keçirilib.
“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu SEPAH komandanı general-mayor Hüseyn Salami açıqlayıb.
Onun sözlərinə görə, ballistik raketin atış sınağı SEPAH Hava-Kosmik Qüvvələri və SEPAH Hərbi Dəniz Qüvvələrinin birgə əməkdaşlığı ilə icra olunub.
H.Salami SEPAH-ın bu yeni nailiyyəti ilə istənilən hədəfi vurmaq gücünə və qabiliyyətinə malik olacağını bildirib.




