
İran HHQ hərbi təlimlərdə Yak-130 təyyarəsindən istifadə edib
İran Hərbi Hava Qüvvələri (HHQ) ölkədə keçirilən təlimlərdə Rusiyadan alınan Yak-130 təlim-döyüş təyyarəsindən istifadə edib.
“Poliqon”un “Tasnim”ə istinadən verdiyi məlumata görə, təlim zamanı İran HHQ-yə məxsus bir ədəd Yak-130 və iki ədəd MiQ-29 təyyarəsi hədəf pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirib.
Bildirilib ki, Yak-130 təyyarəsi hədəf PUA-nı vurmaq üçün qabaqcıl raketlərdən istifadə edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb.
TAGS Manşet