
İran yeni yaradılan ballistik raketin sınağını həyata keçirib.
“AzeriDefence”nin “sepahnews”a istinadən verdiyi məlumatına görə, İslam İnqilabı Keşişçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə deyib ki, milli istehsal olan “Hormuz-2” adlı yeni taktik raket dənizdə şərti hədəfi 250 km məsafədə məhv edib.
Komandan “Hormuz-2”nin 300 km məsafədə hədəfi vura bilmək imkanının olduğunu da söyləyib.
Xatırladaq ki, bir neçə gün əvvəl İran “Fateh-110” taktik raketlərinin də imkanlarını test edib.
Sınaqları İslam İnqilabı Keşişçiləri Korpusunun raket birləşməsi həyata keçirib.
Birinci sınaq martın 4-də, növbətisi isə martın 5-də reallaşıb.
Raketlər start yerindən 250 km məsafədə yerləşən şərti hədəfi məhv edib.



