İran iki döyüş təyyarəsinin yaradılmasını başa çatdırıb
İran “Azərəxş” ve “Kövsər-88” döyüş təyyarələrinin istehsalında son mərhələyə gəlib. “AzeriDefence”nin məlumatına görə, bunu “Fars” agentliyinə müsahibəsində İran Hava Qüvvələri komandanının müavini, general pilot Mənuçehr Yezdani bildirib.
General Yezdani artıq hər iki təyyarənin yaradılma mərhələsinin başa çatdığını vurğulayıb.
““Saeqeh” kimi bu təyyarələr tezliklə istismara daxil ediləcək”, – deyə general bildirib.
Hazırda İran aviasiya sənayesinin təlim təyyarələrinin istehsalı layihələri üzrə çalışdığını da qeyd edən M. Yezdaninin sözlərinə görə, artıq bu sahədə problemlər mövcud deyil.
CATEGORIES Aerospace