İran ordusu idarəolunan yeni raketini sınaqdan keçirib

İran ordusu idarəolunan yeni raketini sınaqdan keçirib

İranın Quru Qoşunlarının silahlanmasına yeni qəbul edilən 300 kilometr atış uzaqlığına malik idarəolunan raketin sınaqları keçirilib.

Bu barədə “Poliqon” İranın “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Quru Qoşunların Komandanı general Kiyumers Haydari bildirib ki, inventara yeni qəbul edilən orta mənzilli idarəolunan raket test mərhələsindədir. General atış sınaqları zamanı raketin dəqiq vuruş qabiliyyətinin yoxlanıldığını deyib.

CATEGORIES
TAGS