
İran Ordusu uzaq mənzilli PUA-larla təmin ediləcək
İranın “Fotros” adlı yeni pilotsuz uçuş aparatı (PUA) yaxın vaxtlarda İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) silahlanmasına daxil ediləcək.
“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, bunu SEPAH-ın Quru Qoşunlarının dron diviziyasının komandanı polkovnik Əkbər Kərimli deyib.
Ə.Kərimli bildirib ki, hazırda bununla bağlı Müdafiə Nazirliyi ilə danışıqlar aparılır.
“Fotros” PUA-nın ilk uçuş sınaqları 2013-cü ildə keçirilib. Sınaqlar zamanı PUA-nın bir çox taktiki-texniki imkanları yoxlanılıb.
30 saata uçuş müddətinə malik olan “Fotros”un əməliyyat uzaqlığı 2000 km təşkil edir.
CATEGORIES Xəbərlər