
İran Hava Hücumundan Müdafiə Qüvvələri “Velayət-7” təlimləri çərçivəsində yerli istehsal olan “Talash” zenit-raket sisteminin sınaq atışlarını keçirib.
“AzeriDefence”nin İran mətbuatına istinadən verdiyi məlumata görə, “Talash” ZRK yerli müəssisələr tərəfindən layihələşdirilib və istehsal edilib. “Talash” ZRK-də yuxarı hündürlükdə uçan hədəfləri məhv eləmək üçün “Sayyad” raketindən istifadə edilir.
Qeyd edək ki, İranın “Sayyad” zenit-raketlərinin hazırlanması barədə ilk məlumatlar mediada 2011-ci ildə yer alıb. İran KİV-ində yer alan məlumata görə, raketin “Sayyad-2” versiyasının atış uzaqlığı 100 km-dən çoxdur. Döyüş başlığı 200 kq təşkil edən raketin sürəti 1200 metr/saniyə olaraq göstərilir.




