
İranda “Qəzza” PUA-sının sınaqları keçirilib
İran İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) müdafiə sənayesi kompleksinin mühəndisləri tərəfindən hazırlanan “Qəzza” adlı yeni pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.
“Poliqon” İran mediasına istinadən xəbər verir ki, PUA-nın sınaqları uğurla tamamlanıb.
2021-ci ildə ilk təqdimatı keçirilən “Qəzza” PUA-nın qanadlarının uzunluğu 21 metr, yük götürmə qabiliyyəti 500 kq-dır. PUA-nın uçuş müddəti 35 saat, uçuş sürəti saatda 350 km, uçuş hündürlüyü isə 10668 metrdir. PUA 13 ədəd aviasiya bombası daşımaq imkanına sahibdir.
Qeyd edək ki, “Qəzza” PUA-sı müxtəlif kəşfiyyat, müşahidə və döyüş tapşırıqlarının icrası üçün nəzərdə tutulub. Həmçinin, PUA-dan axtarış və xilasetmə əməliyyatlarının yerinə yetirilməsində də istifadə etmək mümkündür.
Rizvan Fikrətoğlu