Xəbərlər

İranda “Simorgh” hərbi-nəqliyyat təyyarəsinin prototipi nümayiş olunub

İranda ilk dəfə olaraq “Simorgh” yüngül hərbi-nəqliyyat təyyarəsinin uçuş prototipi nümayiş etdirilib.

Bu barədə “Poliqon” İran mediasına istinadən məlumat verib.

“Simorgh” hərbi-nəqliyyat təyyarəsi “İrAn-140” təyyarəsinin bazasında yaradılıb. “İrAn-140” təyyarəsi isə öz növbəsində Ukrayna istehsalı “An-140” turbovintli təyyarəsinin lisenziyalı modifikasiyasıdır.

“An-140” sərnişin təyyarəsinin ordu üçün nəqliyyat təyyarəsinə çevrilməsi üzrə işləri İranın “Iran Aircraft Manufacturing Industries” (IAMI, farsca HESA) şirkəti həyata keçirir. Nəqliyyat versiyası böyük yükləri yükləmək üçün arxa rampa ilə təchiz edilib.

Gövdə, qanadların və bir sıra digər qovşaqların və hissələrin yarısı Xarkovda hazırlanıb. Yalnız onun yığılması və sərnişin təyyarəsindən yüngül hərbi-nəqliyyat təyyarəsinə çevrilməsi HESA mühəndisləri tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, “Fokker-27” təyyarəsinin dəyişdirilməsi üçün rampalı və 6 ton faydalı yük daşıma qabiliyyətli taktiki-nəqliyyat təyyarəsinin inşası üzrə işlər IAMI şirkətinin aviasiya konstruktor mərkəzində (Aeronautical Design Center IAMI) aparılır.

İran Hərbi Hava Qüvvələri (HHQ) “An-140” sərnişin təyyarəsini “Simorgh” yüngül hərbi-nəqliyyat təyyarəsinə çevirməklə İran ordusunun “Fokker-27” təyyalərinə alternativ əldə edəcəyinə ümid edir.

Xatırlatmaq lazımdır ki, ilk “İrAn-140” təyyarəsi havaya 2001-ci il fevral 29-u tarixində keçirilən rəsmi mərasim zamanı qalxıb və İranda tam layihələndirilərək inşa edilmiş təyyarə kimi mediaya təqdim edilib.

Az sonra İran səlahiyyətliləri təyyarəni “inqilabdan sonrakı aviasiya sənayesində tərəqqi simvoluna” çevirib.

“An-140” təyyarəsi üçün keçirilən tender zamanı İranın Müdafiə Nazirliyi İranda gələcək yığım perspektivi ilə “Iran Aircraft Industries Company” şirkətini (HESA) seçilib. Əvvəllər tenderdə Rusiyanın “Tupolev” və İlyuşin”, İspaniyanın “Casa”, İtaliyanın ATR və İsveçin “Saab” şirkətləri iştiraka dəvət edilib, lakin sonda ABŞ-ın sanksiyaları və onun Dövlət Departamentinin təzyiqi səbəbindən yalnız özünün “An-140” təyyarəsi ilə Ukraynanın “Antonov” şirkəti seçilib.

a1 4 a2 4 a3 3

Əhəd Əzizov

Poliqon.az

Back to top button