
İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısı alınıb
Aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSK) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
CATEGORIES SƏRHƏD