İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd (DSX) Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

whatsapp image 2023 01 21 at 07.10.55 e1674284852351

Poliqon.az

CATEGORIES