İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi  28 kiloqram 288 qram narkotik vasitə marixuananın  qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES