DSX-nin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

DSX-nin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması üzrə həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq Dövlət Sərhəd Xidmətinin r(DSX) rəhbər heyəti sərhədlərin mühafizə və müdafiəsi, eləcə də Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması zamanı şəhidlik zirvəsinə yüksəlmiş sərhədçilərin ailələrini ziyarət edib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, müxtəlif bölgələrdə keçirilmiş görüşlərdə iştirak edən hərbi qulluqçular şəhidlərin ailə üzvləri ilə söhbətlər apararaq onların qayğıları ilə maraqlanıb, şəhidlərin övladlarına bayram hədiyyələrini təqdim ediblər.

Döyüşlərdə qəhrəmancasına vuruşmuş vətən övladlarının şücaətindən danışılıb, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu vurğulanıb.

CATEGORIES