İraq HHQ “Super Mushshak” təlim təyyarələrini təhvil alıb
İraq Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkətinin istehsal etdiyi MFI-395 “Super Mushshak” təlim təyyarəsinin ilk partiyasını təhvil alıb.
Bu barədə “Poliqon” İraq Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, təyyarələr İraq HHQ-nin komandanı Şihab Cahid Əlinin iştirakı ilə Şəhid Əli Fuleyhin Hərbi Hava Bazasında keçirilən mərasimdə aviasiya parkına qəbul edilib.
Hazırda “Super Mushshak” təyyarələri İraqla yanaşı Pakistan, Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.
Yüksək təhlükəsizlik standartlarına cavab verən pərvanəli “Super Mushshak” təyyarəsi, döyüş tapşırıqlarını da yerinə yetirə bilir. Bu zaman təyyarəni 300 kiloqram ağırlığındakı bomba və raketlərlə yükləmək mümkündür.