İsmail Dəmir: Türkiyə milli döyüş təyyarəsi layihəsində Azərbaycan ilə birgə əməkdaşlıq edə bilər

İsmail Dəmir: Türkiyə milli döyüş təyyarəsi layihəsində Azərbaycan ilə birgə əməkdaşlıq edə bilər

Azərbaycan Türkiyənin Milli Döyüş Təyyarəsi (Milli Muharip Uçak – MMU) layihəsi üzrə qardaş ölkə ilə birgə əməkdaşlıq edə bilər.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Müdafiə sənayesi – 2023-cü il hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

İsmail Dəmir vurğulayıb ki, Azərbaycan, Pakistan, İndoneziya və Malayziya kimi dost və qardaş ölkələr MMU layihəsi üzrə Türkiyə ilə müxtəlif səviyyələrdə birgə əməkdaşlığa dəvət olunub.

SSB başqanı bu əməkdaşlıqların həm sözügedən ölkələr üçün, həm də layihənin maddi cəhətdən daha rahat və tez şəkildə həyata keçirilməsi üçün faydalı olacağını deyib.

Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan MMU dünyanın 5-ci nəsil döyüş təyyarələri sırasında yer alacaq. Hazırda TUSAŞ tərəfindən MMU döyüş təyyarəsinin üzərində son quraşdırma işlərini aparılır. Bu il martın 18-də MMU-nun ilk sınaq prototipinin mühərrikini işə salaraq anqardan çıxarılması planlaşdırılıb.

B65E4FED 7769 4D66 B6E8 6E8151439645 e1669209865620

Poliqon.az

CATEGORIES
TAGS