İsrail adı açıqlanmayan ölkəyə döyüş modulları ixrac edəcək

İsrail adı açıqlanmayan ölkəyə döyüş modulları ixrac edəcək

İsrailin “Elbit Systems” şirkəti Asiya-Sakit Okean regionunda yerləşən ölkə ilə 80 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Məlumata görə, şirkət adı açıqlanmayan müştərinin zirehli maşınları üçün uzaqdan idarəolunan döyüş modulları tədarük edəcək və bu müqavilənin icrası üç il ərzində həyata keçiriləcək.

Şirkət tərəfindən tədarük ediləcək döyüş modulu təkmilləşdirilmiş situasiya məlumatlılığı, hədəf aşkarlama, atəşə nəzarət, displey və müxtəlif növ silah üçün sensor sistemləri ilə təchiz olunub. Döyüş modulu 30 mm-lik silah sistemi ilə təchiz edilib ki, bu da istifadəçiyə əməliyyatların icrası üçün bir sıra üstünlüklər verir.

Poliqon.az

CATEGORIES