İsrail “F-16 I Sufa”nın tənəffüs avadanlığı sistemində dəyişiklik edib

İsrail Hərbi Hava Qüvvələri F-16 I Sufa təyyarələrində pilot kabinəsinin tənəffüs avadanlığı ilə təchizatında dəyişiklik edib. İsrail hərbi saytlarının məlumatına görə, avadanlıq kənar təsirlər qarışmaması məqsədilə ayrıca hava filtrləri ilə təchiz olunub.

Tənəssüf qurğusunda aparılan dəyişikliklərə səbəb 2008-ci ildə bu təyyarədə uçuş etmiş bəzi pilotların tənəffüs yollarında və gözlərində qıcıqlanmaların yaranmasından şikayət etmələri olub. Mütəxəssislərin ilkin rəyinə görə, yüksəklikdə uçuş həyata keçirilən zaman hava tənzimləyicisi vasitəsi ilə kabinəyə formaldehid daxil olur və bu da qıcıqlanma yaradır. Aparılan tədqiqatlar zamanı isə qıcıqlanmanın yaranmasına təkcə formaldehidin səbəbi olmadığı qənaətinə gəliblər. Lakin qıcıqlanmanın əsl səbəbi tam aydınlaşmayıb və bu gün də həmin hallar baş verməkdədir. Bu səbəbdən də hər uçuşdan sonra İsrail pilotları məcburi həkim müayinəsindən keçirlər.

CATEGORIES