Xəbərlər
İsrail Finlandiyaya rabitə sistemləri tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Finlandiya Silahlı Qüvvələrinə rabitə sistemləri tədarük edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və Finlandiya Müdafiə Nazirliyi arasında alqı-satqı müqaviləsi imzalanıb.
Bildirilib ki, ümumi dəyəri 25 milyon ABŞ dolları olan müavilənin şərtinə görə işlər iki il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, “Elbit Systems” şirkətinin hazırladığı rabitə sistemləri Azərbaycan da daxil olmaqla İsveç, Almaniya, İsveçrə, Niderland, Kanada, İspaniya və bir çox ölkələrin Ordularının inventarında yer alır.




