
İsrail “Iron Dome” HHM sisteminin bir sıra sınaqlarını keçirib – VİDEO
İsraildə “Iron Dome” (“Dəmir Günbəz”) hava hücumundan müdafiə (HHM) sisteminin müxtəlif ssenarilər çərçivəsində inkişaf etmiş təhdidlərə qarşı sınaqları həyata keçirilib.
Bu barədə “Poliqon” “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, “Rafael” şirkətinin İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafı İdarəsinin nəzdindəki İsrail Raketdən Müdafiə Təşkilatı ilə birgə keçirdiyi sınaqlar uğurla tamamlanıb.
Qeyd olunub ki, sınaqlar cari müharibə zamanı əldə edilmiş əməliyyat təcrübələrinə əsaslanıb. Sınaq seriyası raketlər, qanadlı raketlər və PUA-lar da daxil olmaqla, HHM sisteminin münaqişə zamanı üzləşə biləcəyi cari və gələcək təhlükələrin qarşısının alınmasını simulyasiya edən bir neçə ssenari üzrə yerinə yetirilib.