
İsrail təkmilləşdirilmiş “Dəmir Qübbə”ni sınaqdan keçirib
İsrail Silahlı Qüvvələri “Dəmir Qübbə” (İron Dome) hava hücumundan müdafiə kompleksinin təkmilləşdirilmiş versiyasının sınaqlarını keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, İsrail Müdafiə Nazirliyinin Raket Hücumundan Müdafiə Təşkilatı və “Rafael” şirkəti tərəfindən keçirilən “Dəmir Qübbə” kompleksinin sınaqları uğurla nəticələnib.
“Rafael Advanced Defence Systems” və “Israil Aerospace Industries” şirkətləri tərəfindən təkmilləşdirilmiş “Dəmir Qübbə”nin Hərbi Dəniz Qüvvələrinin silahlanmsında yer alan “Saar 6” korvetlərinə inteqrasiya ediləcəyi planlaşdırılır.
CATEGORIES Xəbərlər