İsrail yaxın gələcəkdə təkmilləşdirilmiş “Arrow 3”ün sınaqlarını keçirəcək
İsrail yaxın gələcəkdə “Arrow 3” raket əleyhinə silah sistemlərinin təkmilləşdirilmiş versiyasının daha bir sınağını keçirəcək. “AzeriDefence”nin məlumatına görə, bunu Tel-Əvivdə keçirilən Hərbi Aviasiya sərgisində İAİ şirkətinin “Arrow” proqramının rəhbəri İsaak Kaya bildirib.
İ. Kayanın sözlərinə görə, “Arrow 3” sisteminin təkmilləşdirilmiş modeli “Green Pine” radarından istifadə etməklə, təhdidlərin qarşısını tez bir zamanda önləyəcək. Silah sisteminin bir neçə həftə əvvəl keçirilmiş testləri müvəffəqiyyətli olub.
Bir sıra xarici ölkələrə “Arrow 3”ün ixracı barədə də danışan Kaya qeyd edib ki, “Arrow 3” son dərəcə effektiv və unikal sistemdir: “O müxtəlif ölkələrin ehtiyaclarına cavab verə bildi və onların müdafiə proqramlarında aparıcı element ola bildi. Hazırda gündəlikdə ixrac məsələsi yoxdur. Bütün hallarda bu məsələyə dövlət rəsmiləri tərəfindən qərar veriləcək”.
Qeyd edək ki, İsrail gələcəkdə “Arrow 3”ü peykdən müdafiə sisteminə də daxil etməyi planlaşdırır.