İsrailin axtarış-xilasetmə personalı Türkiyədə SYNCH sistemindən istifadə edir

İsrailin axtarış-xilasetmə personalı Türkiyədə SYNCH sistemindən istifadə edir

Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış-xilasetmə və tibbi yardım göstərən İsrailin “United Hatzalah” personalı “Elbit Systems” şirkətinin əlaqə, komanda və nəzarət funksiyalarını yerinə yetirən SYNCH sistemindən istifadə edir.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, SYNCH proqram təminatlı sistem dağıntılar altındakı insanların çıxarılması zamanı axtarış-xilasetmə qrupu ilə tibb personalı arasında həm səs və görüntülü əlaqə imkanı, həm də qarşılıqlı foto və video göndərmək bacarığı təmin edir.

Həmçinin, SYNCH sistemindəki xəritə vasitəsi ilə fəlakət ərazisindəki axtarış-xilasetmə qruplarını mərkəzi idarəetmə qərargahından lazımi istiqamətlərə yönləndirmək mümkündür. Bu isə bölgədəki qrupların daha dəqiq və operativ formada xidmət göstərməsinə şərait yaradır.

Mobil telefonlara tətbiq kimi yüklənərək quraşdırıla bilən SYNCH həmin cihazdaki əlaqə, naviqasiya və xəritəçəkmə imkanlarını ümumi sistem halında özündə cəmləşdirir.

Qeyd edək ki, əvvəllər hərbi təyinatlı olaraq müasir orduların istifadəsi üçün nəzərdə tutulan bu sistem hazırda mülki məqsdələrlə bağlı da tətbiq olunur.

Poliqon.az

CATEGORIES
TAGS