
İstanbulda keçirilən IDEF-2025 sərgisi öz işinə başlayıb
Türkiyənin İstanbul şəhərində keçirilən və iyulun 27-dək davam edəcək 17-ci IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.
“Poliqon” xəbər verir ki, IDEF-2025 sərgisi, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) ev sahibliyi, Müdafiə Sənayesi Komitəsinin (SSB) dəstəyi və Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında İstanbul Sərgi Mərkəzində keçirilir.
Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgiləri arasında yer alan IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2025-ci ildə böyük uğurlara imza atamağı hədəfləyib. IDEF-2025-də dünyanın müxtəlif ölkələrindən olan şirkətlər özlərinin yeni və müasir məhsullarını, həllərini və xidmətlərini həm dövlətlərin rəsmi nümayəndə heyətlərinə, həm də sərgi salonuna gələn ziyarətçilərə və mütəxəssislərə təqdim edirlər.
Beynəlxalq və yerli şirkətlərin məhsul və texnologiyalarını nümayiş etdirdiyi IDEF-2025-də Azərbaycandan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti və MİRAS stendlə təmsil olunur.