
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında birgə komando təlimi həyata keçirilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, təlimdə Türkiyədən 9-cu Komando Briqada Komandanlığının və Azərbaycandan Əlahiddə Ümumqoşun Ordunun bölmələri iştirak ediblər.







