İsveç “Archer” ÖAQ-lar üçün HE-ER artilleriya mərmiləri alır

İsveç “Archer” ÖAQ-lar üçün HE-ER artilleriya mərmiləri alır

İsveç Müdafiə Avadanlıqları İdarəsi (FMV) və “Nammo Sweden AB” şirkəti arasında “Archer” özüyeriyən artilleriya qurğuları (ÖAQ) üçün döyüş sursatlarının tədarükünə dair çərçivə sazişi imzalanıb.

“Poliqon” İsveç FMV-yə istinadən xəbər verir ki, müqavilənin imzalanması ilə “Nammo”ya “High Explosive Extended Range” (HE-ER) artilleriya mərmilərinin tədarükü üçün ilk sifariş də verilmiş olub.

Yüngül zirehli texnika və qorunmamış hədəfləri məhv etmək üçün nəzərdə tutulan “Nammo”nun 155 mm-lik HE-ER mərmisi müasir “L52 JBMoU” top sistemindən atıldıqda 40 km-dən artıq təsdiqlənmiş atış məsafəsinə malikdir. Mərmi aşağı sapma, gücləndirilmiş partlayış və parçalanma imkanlarını özündə birləşdirərək, uzaq məsafələrdəki yarım-sərt hədəflərə qarşı maksimum təsir təmin edir.

CATEGORIES