İsveç “Gripen” qırıcılarının əməliyyat imkanlarını gücləndirir
İsveç Hərbi Hava Qüvvələrinin “Jas 39 Gripen” qırıcıları üçün Almaniyanın “Rheinmetall” şirkətindən Mk82 aviasiya bombaları alınır.
“Poliqon” xəbər verir ki, bunun üçün İsveçin Müdafiə Avadanlıqları İdarəsin (FMV) və “Rheinmetall” şirkəti arasında dəyəri 100 milyon SEK-dən (9 milyon ABŞ dolları) çox olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən, yeni aviasiya bombaları 2025-ci ilin yazında İsveç HHQ-yə təhvil veriləcək.
Bildirilib ki, Mk82-lərin alınması İsveç HHQ-yə məxsus qırıcıların əməliyyat imkanlarının gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.