Ukrayna Polşanın MiQ-29 qırıcılarını istəyir

Ukrayna Polşanın MiQ-29 qırıcılarını istəyir

Ukraynanın Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarına ehtiyacı var.

“Poliqon” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Ukrayna 2024. Müstəqillik” forumunda çıxışı zamanı deyib.

Ölkəsinin bu qırıcılara çox ehtiyacı olduğunu söyləyən V.Zelenski vurğulayıb ki, Polşa MiQ-29-ları yaxşı təchiz olunub və Ukrayna pilot təliminə vaxt itirməyəcək: “Mən bu məsələni Polşa prezidenti Andjey Duda və Baş naziri Donald Tusk ilə müzakirə etmişəm. Biz bunu bütün səviyyələrdə qaldırdıq. Təəssüf ki, hələlik müsbət həlli yoxdur”.

Ukrayna prezidenti Vladimir Zelenskinin MiQ-29-larla bağlı bəyanatını şərh edən Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, hazırda Polşa Ukraynaya bacardığı bütün hərbi yardımı edib.

Polşa milli müdafiə nazirinin sözlərinə görə, rəsmi Varşava ABŞ-dan sifariş edilmiş F-35 təyyarələrini təhvil aldıqdan sonra Ukraynaya MiQ-29 qırıcılarının tədarük olunması məsələsinə qayıdacaq.

CATEGORIES
TAGS