İsveç Macarıstanla JAS-39 “Gripen” təyyarələrinin lizinq müddətini uzadıb
İsveç Macarıstanla JAS-39 “Gripen” təyyarələrinin lizinq müddətini daha 10 il uzadıb. “AzeriDefence” saytının İsveçin Müdafiə və Təhlükəsizlik Agentliyinə (Swedish Defence and Security Export Agency) istinadən verdiyi məlumata görə, bununla bağlı yanvarın 30-da müvafiq anlaşma imzalanıb.
Macarıstan və İsveç arasında 2001-ci ildə imzalanmış icarə razılaşmasıa əsasən 14 ədəd “Gripen” döyüş təyyarəsi (12 ədəd biryerli, 2 ədəd ikiyerli) Macarıstanın Hərbi Hava Qüvvələrlərinin tərkibinə daxil olub. Razılaşma 2016-cı ilə qədərki dövrü əhatə edib.
Qeyd edək ki, hazırda “Gripen” təyyarələri İsveç, Macarıstan, Çexiya, Cənubi-Afrika Respublikası və Tailandın Hərbi Hava Qüvvələrlərinin silahlanmasına daxildir. 2011-ci ilin noyabrında İsveçrə 22 ədəd JAS-39 təyyarəsini almaq niyyətində olduğunu elan edib.