İsveç Silahlı Qüvvələri üçün hücum katerləri sifariş edilib

İsveç Silahlı Qüvvələri üçün hücum katerləri sifariş edilib

“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 22 ədəd hücum kateri sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sözügedən sifarişin dəyəri 900 milyon SEK (94.2 milyon ABŞ dolları) təşkil edir.

Sifarişə əsasən, çatdırılmalar qarşıdakı illər ərzində ardıcıl şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, “Saab”ın hücum katerləri müxtəlif növ missiyalar üçün istifadə oluna bilən inkişaf etmiş platformalardır. Onlar “Saab”ın Docksta şəhərində yerləşən “Dockstavarvet” gəmiqayırma zavodunda istehsal olunur. Bu gəmiqayırma zavodu 1980-ci illərin sonundan etibarən İsveç Silahlı Qüvvələri və xarici müştərilər üçün hücum katerləri istehsal edir.

CATEGORIES