İtaliya “Reaper” PUA-larını yeni bomba və raketlərlə silahlandırır

İtaliya “Reaper” PUA-larını yeni bomba və raketlərlə silahlandırır

İtaliya Silahlı Qüvvələri ABŞ-ın “General Atomics Aeronautical Systems” şirkətindən aldığı MQ-9 “Reaper” PUA-larını təkmilləşdirəcək.

“Poliqon”un məlumatına görə, təkmilləşdirmə proqramı çərşivəsində İtaliya Ordusunun aviasiya parkında yer alan MQ-9 “Reaper” PUA-larını yeni bomba və raketlərlə təchiz ediləcək.

PUA-ların 7 il ərzində mərhələli şəkildə bomba və raketlərlə təchiz edilməsi planlaşdırılıb və bunun üçün İtaliya büdcəsindən 168 milyon avro (194.53 milyon ABŞ dolları) vəsait ayrılıb.

Qeyd edək ki, İtaliya silahlanmasında yer alan “General Atomics Aeronautical Systems” şirkətinin istehsalı olan MQ-9 “Reaper” PUA-larını təkmilləşdirilməsinə dair 2015-ci ildə ABŞ-dan icazə alıb. MQ-9 “Reaper” PUA-larının təkmilləşdirilməsi üçün İngiltərənin də ABŞ şirkətindən belə bir icazəsi var.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS