İtaliya Ukrayna Ordusunu HHM sistemləri və minaatanlarla təmin edəcək
İtaliya Ukrayna Silahlı Qüvvələrini qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemləri, tank əleyhinə silahlar, minaatanlar, artilleriya mərmiləri, rabitə vasitələri, fərdi mühafizə vasitələri və xilasetmə dəstləri ilə təmin etmək niyyətindədir.
“Poliqon” xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Lorenzo Qerini Ukraynada vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasda bildirib.
Hərbi yardımın texniki təfərrüatları barədə isə konkret məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın Ukraynaya göndərdiyi ən son texnologiyalı hərbi yardım paketinə M113 tırtıllı avtomobillərə quraşdırılmış SİDAM-25 hava hücumundan müdafiə sistemləri, PzH 2000 özüyeriyən artilleriya qurğuları, pulemyotlar, tank əleyhinə raketlər və digər silahlar daxil edilib.
Rizvan Fikrətoğlu