“Javelin” tank əleyhinə raketlərinin Estoniyaya satışı təsdiqlənib

“Javelin” tank əleyhinə raketlərinin Estoniyaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 296 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə raketlərinin Estoniyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 800 ədəd “Javelin” FGM-148F raketinin, 72 ədəd yüngül komanda başlatma qurğusunun (LwCLU) və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı rolunda ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” çıxış edəcək.

CATEGORIES