
Türkiyədə yeni və modernləşdirilmiş silah sistemləri inventara daxil edilib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda zenit top, raket, zirehli texnika və elektron avadanlığın qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan modernləşdirilmiş 35 mm-lik zenit toplar, atəşi idarəetmə cihazları, UMTAS tank əleyhinə raketi ilə silahlandırılmış zirehli tank qırıcıları, “yer-yer” tipli TRLG-230 lazerlə idarə olunan raketləri inventara daxil edilib.