
Türkiyənin TUSAŞ şirkəti beşinci nəsil KAAN döyüş təyyarəsinin P1 adlandırılan ilk prototipinin taksi sınağına aid videogörüntü paylaşıb.
“Poliqon” xəbər verir ki, taksi sınağı ilə P1 prototipi ilk uçuş mərhələsinə daha da yaxınlaşıb.
Hələlik boyanmamış vəziyyətdə olan prototipin yaxın vaxtlarda sınaq uçuşunu həyata keçirməsi gözlənilir.
Proqram çərçivəsində P2 adlandırılan ikinci prototipin də qarşıdakı bir neçə ay ərzində uçuş sınaqlarına başlaması planlaşdırılır.




