“Kalaşnikov Konserni” ADEX-2022-də yeni məhsullarını təqdim edəcək

“Kalaşnikov Konserni” ADEX-2022-də yeni məhsullarını təqdim edəcək

Bakıda 6-8 sentyabrda keçiriləcək ADEX-2022 sərgisində “Kalaşnikov Konserni” hərbi və mülki odlu silahlar sahəsində yeni məhsullarını təqdim edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov Konserni”nin prezidenti Alan Luşnikov bildirib.

Alan Luşnikov qeyd edib ki, ADEX-2022-də konsern xüsusilə, “Ratnik”, 200 seriyalı “Kalaşnikov” hücum tüfənglərini, PLC özü dolduran standart tapança, həmçinin “Saiga-9 EXP” və “Saiga-AKSU” özü dolduran karabinlərini sərgiləyəck.

Ratnik seriyasının pulemyotları, “Kalaşnikov” silahlarının əsas xüsusiyyətlərini saxlamaqla, gücləndirilmiş döyüş xüsusiyyətləri, təkmilləşdirilmiş erqonomika, eləcə də gündüz və gecə əməliyyatları üçün müasir nişan alma sistemləri ilə uyğunlaşma qabiliyyəti qazanıb.

Alan Luşnikov “İki yüzüncü” seriyalı “Kalaşnikov” avtomatlarının AK sisteminin təkamülündə yeni mərhələ olduğunu bildirib: “Əsas modellərlə müqayisədə, 200 seriyalı hücum silahları daha rahat qatlanma, tənzimlənən uzunluq, təkmilləşdirilmiş qoruyucu, yeni qəbuledici qapağı və gündüz və gecə görmək üçün lazım olan müasir avadanlıqlar və digər taktiki aksesuarların rahat və asan quraşdırılmasını təmin etməklə “Pikatini” tipli yönəldiciyə sahib əl qundağına malikdir”.

Alan Luşinkov qeyd edib ki, “Kalaşnikov Konserni” Rusiyanın ən böyük hərbi avtomat və snayper silahları istehsalçısıdır: “Bu, Rusiyada odlu silah istehsalının təxminən 95%-ni təşkil etməklə yerli silah sənayesinin flaqmanıdır.

“Kalaşnikov” şirkətlər qrupunun müəssisələri təkcə odlu silahlar deyil, həm də hərbi və mülki məqsədlər üçün pilotsuz uçuş aparatları, xüsusi təyinatlılar üçün yüksək sürətli daşıma və hücum katerləri, yüksək dəqiqlikli raket silahları kimi ixtisaslaşdırılmış komplekslər istehsal edir. “Kalaşnikov” şirkətlər qrupunun məhsulları dünyanın 27-dən çox ölkəsinə təchiz edilir”.

““Kalaşnikov Konserni”nin mülki odlu silahlar sahəsində etdiyi yeniliklər, praktiki atıcılıq idmanı növlərinin bir hissəsi kimi yüksək keyfiyyətli atıcılıq hazırlığı və praktiki atış üçün nəzərdə tutulub.

Hərbi odlu silahlar seqmentində sərgiyə gələcək ziyarətçilərə gəlincə, biz, ilk növbədə, “Kalaşnikov Konserni”-nin təqdim etdiyi nümunələrin keyfiyyətini və effektivliyini qiymətləndirməyi bacaran peşəkar hərbi personalı, mütəxəssisləri görmək istərdik. Bizim mülki odlu silahlarımıza gəlincə, onlar silah zövqü olan və arsenalında dünyaca məşhur “Kalaşnikov” markasının silahlarına sahib olmaq arzusunda olan kütləvi istehlakçılar üçün hazırlanıb”, -deyə Alan Luşnikov tərəfindən vurğulanıb.

Poliqon.az

CATEGORIES
TAGS