DənizXəbərlər

“Kalaşnikov” modernləşdirilmiş BK-16 katerlərinin döyüş imkanlarını təqdim edib

Rusiyanın “Kalaşnikov” konserni 02510 layihəli modernləşdirilmiş BK-16 sürətli nəqliyyat-desant katerlərinin xüsusi hərbi əməliyyatın (Ukrayna-Rusiya müharibəsi) dəniz istiqamətində istifadə edildiyini açıqlayıb.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, BK-16 katerləri Ukraynanın suüstü insansız dəniz aparatlarına (İDA) qarşı mübarizə aparan qüvvələrin tərkibində fəaliyyət göstərir və öz atəş vasitələri ilə bu hədəflərin aşkarlanaraq məhv edilməsində istifadə olunur.

Qeyd edilib ki, müharibənin başlanmasından bəri katerlər döyüş tətbiqi təcrübəsi nəzərə alınmaqla davamlı şəkildə modernləşdirilir. Belə ki, idarəetmə kabinəsi və desant bölməsi yüksək möhkəmlikli kompozit materiallardan hazırlanmış zirehlə gücləndirilib, hər biri 1200 at gücünə malik iki mühərrik əlavə mühafizə ilə təmin olunub. Bundan başqa, tüstü maskalanması və radioelektron mübarizə sistemləri də təkmilləşdirilib.

Konsernin bildirdiyinə görə, BK-16 dörd ədəd 7,62 mm-lik pulemyotla yanaşı, döyüş modulu, iki ədəd 12,7 mm-lik pulemyot və ya 40 mm-lik qumbaraatanla təchiz edilə bilir.

Back to top button