Rusiyanın “Kalaşnikov” konserni adı açıqlanmayan xarici sifarişçiyə AK seriyalı avtomatların böyük partiyasını tədarük edib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, partiyaya 7,62×39 mm-lik patronlardan istifadə edən AK-103, AK-104, AK-203, AK-204 və AK-15 avtomatları daxildir.
Qeyd edilib ki, silahlar yüksək etibarlılığı, təkmilləşdirilmiş erqonomikası və müasir nişangah sistemlərinin quraşdırılması imkanları ilə fərqlənir.






