
“Kalaşnikov” yeni AK-19 avtomatını IDEX-2021 sərgisində nümayiş etirəcək
Rusiyanın “Kalaşnikov” Konserni tərəfindən yeni hazırlanan AK-19 avtomatı ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 21-25 fevral tarixlərində keçiriləcək IDEX-2021 müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Bu barədə “Poliqon”a “Kalaşnikov” Konsernin mətbuat xidmətindən məlumat verilib.
Şirkətin məlumatına görə, AK-19 Rusiya Silahlı Qüvvələri tərəfindən 2018-ci ildə silahlanmaya qəbul edilmiş AK-12 avtomatının əsasında hazırlanıb.
AK-12 avtomatının ixrac versiyası olan AK-19 NATO standartlarına cavab verən və dünyada geniş istifadə olunan 5.56×45 mm-lik patronlardan istifadə edir.
CATEGORIES Xəbərlər