“Kalaşnikov”un “İjevsk” müəssisəsi bu il PUA istehsalını 10 dəfə artıracaq
“Kalaşnikov” konserninin “İjevsk” müəssisəsi 2024-cü ildə pilotsuz uçuş aparatlarının (PUA) istehsalını 10 dəfə artıracaq.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu “İjevsk” müəssisəsinin istehsalat sahəsinə səfər edən zaman konsernin prezidenti Alan Luşnikov bu barədə onu əmin edib.
Bildirilib ki, “İjevsk”də istehsal həcminin artması 5800 kv.m sahəsi olan yeni istehsal sexinin istifadəyə verilməsi sayəsində mümkün olub. Yeni PUA istehsal müəssisəsində dəzgahlar quraşdırılıb və emal maşınlarının sayı dəfələrlə artırılıb.