KAMAZ hərbi sürücülər üçün pilot layihəyə başlayıb

KAMAZ şirkətinin tədris mərkəzində orduda bu şirkətin avtomobillərini istismar edən hərbi sürücülərin təlimi üçün pilot layihənin reallaşdırılmasına başlanıb. Bu barədə “AzeriDefence” KAMAZ şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Təlimlərə əsgər sürücülər və avtotexnika xidmətlərinin rəhbərləri cəlb olunub. Məlumatda qeyd edilib ki, Mərkəz KAMAZ yük maşınının təlimlərini keçmək üçün iki unikal simulyatora malikdir. Simulyatorun kabinəsi KAMAZ zavodunda hazırlanıb və real avtomobilin kabinəsi ilə tamamilə oxşardır. Simulyatorun proqram təminatı isə “Eydos” firması tərəfindən hazırlanıb. Proqram vasitəsi ilə sürücü bir neçə rejimdə – şəhər şəraiti, şəhərkənarı yol, dağlıq yollar və ya keçilməz yerlərdə “səfər etmək” imkanı qazanır. Bundan başqa, simulyatorda günün istənilən vaxtını və hava şəraitini nizamlamaq mümkündür.

Təlim zamanı sürücülərə KAMAZ-ın laboratoriyasında ayrı-ayrı mexanizmlər vizual nümayiş olunacaq və iş qaydaları öyrədiləcək. Təlimdən sonra hərbi qulluqçular KAMAZ avtomobilində nasazlıqları təyin edə və müstəqil diaqnoz qoya biləcəklər.

KATEQORIYA: