Kamikadze tipli PİRANA insansız katerinin zərbə sınaqları tamamlanıb

Kamikadze tipli PİRANA insansız katerinin zərbə sınaqları tamamlanıb

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən kamikadze tipli yeni PİRANA insansız katerinin zərbə (toqquşma) sınaqları keçirilib.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, sınaq zamanı PİRANA, 3.5 metrlik kiçik hədəfi dəqiqliklə vurub.

Qeyd edilib ki, zərbə sınaqlarını uğurla tamamlayan PİRANA kateri xidmətə hazırdır.

PİRANA, düşmənin aşkarlanmış dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulan kamikadze tipli insansız katerdir. O, MKE-nin qabaqcıl texnologiyaya malik döyüş başlığı və tapa dizayn qabiliyyəti ilə istehsal edilib.

Kamikadze tipli insansız kater asimmetrik müharibə şəraitində istifadəçiyə az xərcli və yüksək təsirli həll təklif edir. Avtonom şəkildə fəaliyyət göstərə və ya uzaqdan idarə oluna bilən PİRANA, hədəfə çırpılaraq partlayır. Bu sayədə düşmən gəmilərinə ciddi ziyan vurur və donanma üçün effektiv hücum imkanı yaradır. O, həmçinin limanlara və hərbi bazalara sızma qabiliyyətinə də malikdir.

MKE-nin bildirdiyinə görə, hazırda inkişaf mərhələsindəki kater sürü istifadə konsepsiyası üçün də uyğun olacaq.

CATEGORIES
TAGS